...Ürək-damar xəstəlikləri və xərçəng vaxtından əvvəl ölümün əsas səbəbləri olaraq qalır, buna görə də sağlam xəstələrdə onların risklərinin erkən aşkarlanması sistemi çox vacibdir.
SİA-nın məlumatına görə, bunu rusiyalı həkim Petr Qlıboçko RİA Novosti-yə müsahibəsində deyib.
...Ürək-damar xəstəlikləri və xərçəng ölüm nisbətində şəksiz liderdir. Amma bu xəstəliklər birdən-birə yaranmır, əksər hallarda yığılmış risklərin nəticəsidir.
Bunu ekspert paylaşıb.
O, bildirib ki, ən çox rast gəlinən risklər arasında hipertoniya, dislipidemiya və xroniki iltihab var.
Diaqnozun və qarşısının alınmasının olmaması da pis oyun oynaya bilər.
Həkimin sözlərinə görə, əsas problem xəstəliyin özü deyil, gec aşkarlanmasıdır.
Vaxtından əvvəl ölümlə mübarizədə əsas müttəfiq erkən aşkarlama sistemidir.
Müasir təbabətin əsası məhz budur: simptomların görünməsini gözləmək deyil, xəstəliklərin inkişafının qarşısını almaqdır.
Nazlı Almuradova