Selena Qomez 2017-ci ildə ona böyrəyini bağışlayan aktrisa Fransia Raysanı toyuna dəvət etməyib. SİA xəbər verir ki, izləyicilərinin bu məsələyə reaksiyasından sonra aktrisa sosial media hesabında açıqlama verib.
“Ona böyrəyimi verməyim bir xeyirxahlıq idi. Heç bir təşəkkür gözləmirdim. Selena evlənir və mən onun üçün xoşbəxtəm. O, indi tamam başqa bir həyat yaşayır, milyarder oldu. Mən isə onun üçün bunu edə bildim, buna görə şükür edirəm”, - deyə Raysa bildirib.
Qeyd edək ki, Selena Qomez musiqi prodüseri Benni Blanko ilə sentyabrın 27-də ailə həyatı qurub.