Gəncədə evdə partlayış olub, xəsarət alan var

9 Oktyabr 2025 17:02 (UTC+04:00)

Gəncədə evdə qaz partlayıb. SİA-nın məlumatına görə, şəhərdə 5 mərtəbəli yaşayış binasında anidən partlayış olub. Nəticədə, 1985-ci il təvəllüdlü E.Qurbanov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Bina sakinləri təxliyə edilib. Əraziyə FHN əməkdaşları cəlb edilib.