“YAŞAT” Fondu müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işləri davam etdirir. Bu barədə SİA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, müharibə əlili Arzuman Mikayıl oğlu Allahverdiyevə tibbi “3D VT- Ablasiya” xidməti göstərilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə Xidmətlər Zərfində yer almayan bu xidmətin ödənişi “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Eyni zamanda, şəxsin dərman təminatı ilə bağlı müraciətləri də fond tərəfindən təmin edilir.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” bölməsindən əldə edə bilərsiniz.