...Böyük Britaniya sakinləri evləri zəbt edən və insanları qorxudan ladybugların işğalı ilə üzləşiblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Daily Star” xəbər verir.
Mütəxəssislər həşəratların davranışını sadə təbii dövriyyə ilə əlaqələndirirlər.
Professor Tim Koulson izah edib ki, ladybuglar qışlamaq üçün yerlər axtarır.
...Onlar diapauzaya - qış yuxusuna girirlər və enerjiyə qənaət etmək üçün maddələr mübadiləsini ləngidirlər. Təbiətdə ağac qabığının altında, yarpaqlarda və ya digər sığınacaq yerləri seçirlər, - alim izah edir.
Təbiət Tarixi Muzeyində böcəklərin baş kuratoru Maks Barklay qeyd edib ki, bəzi ladybug növləri böyük qruplar halında qışlayır və təbii sığınacaqlar olmadıqda sığınacaq axtara bilərlər.
Yeri gəlmişkən, bu böcəklər göbələk infeksiyası daşıya bilsə də, mütəxəssislər onların insanlar üçün təhlükəli olmadığına əmindirlər.
Nazlı Almuradova