Kənd təsərrüfatı nazirinin Tərtərdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

9 Oktyabr 2025 15:32 (UTC+04:00)

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun oktyabrın 10-da Tərtər rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı oktyabrın 24-nə dəyişdirilib. Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib.

Qeyd olunub ki, vətəndaşlar əlavə məlumat almaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) ilə əlaqə saxlaya bilərlər.