İmişlidə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB

9 Oktyabr 2025 15:22 (UTC+04:00)

Bu gün İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində saat 14 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 5 nəfər (1-i uşaq olmaqla, 3-ü kişi cinsli, 2-si qadın cinsli) hospitalizasiya olunub. Xəstəxanadan SİA-ya verilən məlumata görə, yaralılara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 4 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 2004-cü il təvəllüdlü şəxsin (kişi cinsli) ölüm faktı qeydə alınıb.