ADY bu ilin 9 ayı ərzində 300-ə yaxın blok-qatar qəbul edib

9 Oktyabr 2025 12:27 (UTC+04:00)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin 9 ayı ərzində 296 blok-qatar, o cümlədən 113 tranzit qatar qəbul edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz artım deməkdir. ADY-dən SİA-a bildirilib ki, qeyd olunan dövrdə ümumilikdə 103 min 134 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən (86 min 413) təxminən 20 faiz çoxdur.