Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul edəcək

9 Oktyabr 2025 12:08 (UTC+04:00)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 11 oktyabr 2025-ci il tarixində Salyan şəhərində, Nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 10:00-dan Salyan və Neftçala rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Bu barədə SİA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı 10 oktyabr 2025-ci il tarixdə Nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaqdır.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.