Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 31 icazə verilib

9 Oktyabr 2025 11:00 (UTC+04:00)

Cari ilin 3-cü rübü ərzində Energetika Nazirliyi tərəfindən 31 icazə verilib. Nazirlikdən SİA-ya bildirilib ki, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı üzrə 23, ixracı üzrə 5 və tranziti üzrə 3 icazə verilib.

Bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.