Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025-2026-cı illər mövsümünə start veriləcək. SİA xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyun günündə dörd qarşılaşma keçiriləcək.
Bütün görüşlər eyni vaxtda – saat 14:00-da başlayacaq.
9 oktyabr (cümə axşamı)
“Sheki City” – “Araz Saatlı”
Hakimlər: Ruslan Quliyev, Zöhrab Abbasov, Nurlan Əhmədzadə, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Rekord Arena”
“Qaradağ Lökbatan” – “Ağdaş”
Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbzadə, Səbuhi Əmrahov, Əkbər Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Lökbatan OİK stadionu
“Dinamo” – “Kür-Araz”
Hakimlər: Mahmud Bağırzadə, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Binə qəsəbə stadionu
“Ağstafa Gəncləri” – “Şirvan”
Hakimlər: Alik Yunusov, Şirmamed Mamedov, Səbuhi Soltanov, Murad Səlimov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Ağstafa şəhər stadionu
Qeyd edək ki, bu mərhələnin digər üç oyunu oktyabrın 10-da keçiriləcək.