Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İbrahimli Əli Ramin oğlunun cari il oktyabrın 5-də ölüm faktı əsasında Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib. Hərbi Prokurorluqdan SİA-ya verilən məlumata görə, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilib.
Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb, hazırda istintaq davam etdirilir.