Bakıda “Fintex Forumu 2025” keçirilir

9 Oktyabr 2025 09:44 (UTC+04:00)

Azərbaycan Fintex Assosiasiyası (AzFina), Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda “Fintex Forumu 2025” keçirilir. SİA xəbər verir ki, forumda fintex ekosisteminin inkişafı, açıq bankçılıq, rəqəmsal ödənişlər və kibertəhlükəsizlik məsələləri müzakirə olunur.

Tədbir çərçivəsində Azərbaycan və Türkiyə Fintex Assosiasiyaları arasında, həmçinin Azərbaycan Fintex Assosiasiyası ilə Beynəlxalq Konsaltinq Şirkəti arasında əməkdaşlıq sənədləri imzalanacaq.

Qeyd edək ki, Forumun məqsədi fintex sektorunda beynəlxalq əməkdaşlığın gücləndirilməsi və rəqəmsal maliyyə xidmətlərinin inkişafına dəstək göstərməkdir.