Heyəti ən çox ucuzlaşan komandalar BƏLLİ OLDU

9 Oktyabr 2025 08:05 (UTC+04:00)
“Mançester Yunayted”in heyəti bir il ərzində demək olar ki, 400 milyon avro ucuzlaşıb. SİA xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin hesablamalarına görə, 2024-cü il oktyabrın 1-dən etibarən “Mançester Yunayted”in oyunçularının ümumi dəyəri (transferlər daxil olmaqla) 377 milyon avro azalıb.

Bu göstərici üzrə ilk “onluq” belədir:

1. “Mançester Yunayted” – 377 milyon avro.

2. “Mançester Siti” – 315 milyon avro.

3. “Real Madrid” – 216 milyon avro.

4. “Vest Hem” – 184 milyon avro.

5. “Milan” – 147 milyon avro.

6. “Bayer” – 146 milyon avro.

7. “Renn” – 121 milyon avro.

8. “Borussiya Dortmund” – 120 milyon avro.

9. “Vulverhempton” – 110 milyon avro.

10. “Leyptsiq” – 110 milyon avro.