HƏMAS girovlarla bağlı razılığa gəldi

9 Oktyabr 2025 07:19 (UTC+04:00)

HƏMAS hərəkatı bütün israilli girovları azad etməyə razılaşıb. SİA xəbər verir ki, bu haqda “Əl-Cəzirə” telekanalı fələstinli mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, HƏMAS sağ çıxa bilməyən girovların cəsədlərinin təhvil verilməsini ərazidə şərait yaradılana qədər təxirə salmaq qərarına gəlib.