Pedofillər axtalanacaq - Yeni qaydalar oktyabrın 17-də qüvvəyə minir

9 Oktyabr 2025 03:47 (UTC+04:00)

Qazaxıstanda mühakimə olunan pedofillər məhkəmənin qərarı ilə həbsxanada axtalanacaq. SİA xəbər verir ki, bu barədə "Orda.kz" məlumat yayıb. Məlumata görə, oktyabrın 17-dən Qazaxıstanda pedofiliyaya görə məhkum olunanlar üçün kimyəvi kastrasiya ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Belə ki, pedofillər azadlığa çıxmazdan altı ay əvvəl kastrasiya ediləcək. Bu tədbir məhkəmə qərarı ilə tətbiq olunacaq.

Həbs cəzasının bitməsinə azı 12 ay qalmış cəzaçəkmə müəssisəsinin əməkdaşları materialları məhkəməyə təqdim etməlidirlər, bundan sonra məhkum məhkəmə-psixiatriya ekspertizasından keçəcək.

Mütəxəssislər həmin şəxsin cinsi zorakılığa meylinin olub-olmadığını müəyyən edəcəklər. Bundan sonra məcburi tədbir kimi kimyəvi kastrasiya tətbiq oluna bilər. “Prosedur birbaşa həbsxanalarda həyata keçiriləcək”, - nəşr yazır.