Lənkəranda bıçaqlanma hadisəsi baş verib

8 Oktyabr 2025 23:01 (UTC+04:00)

Lənkəranda qardaş qardaşa kəsici-deşici alətlə xəsarət yetirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Lənkəran rayonunun Liman şəhər sakini, 2003-cü il təvəllüdlü Camal Fərhad oğlu Abdullayev sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. O, dərhal əməliyyata alınıb.

İlkin məlumata görə, Camal Abdullayev qardaşı tərəfindən bıçaqlanıb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.