Azərbaycanın U-17 yığması seçmə mərhələyə məğlubiyyətlə başlayıb

8 Oktyabr 2025 20:49 (UTC+04:00)

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

SIA xəbər verir ki, yığma Fransanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Kapbreton şəhərindəki “Burre” stadionunda keçirilən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 8:0. Azərbaycan millisinin üzvü Səttar Tahirzadə 66-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Aqil Nəbiyevin rəhbərlik etdiyi yığma növbəti matçlarını oktyabrın 11-də İsrail, 14-də isə Rumıniyaya qarşı keçirəcək.