Rusiya qərbə doğru irəliləməyə hazırlığı barədə məlumat verdi

8 Oktyabr 2025 19:16 (UTC+04:00)

Rusiya Silahlı Qüvvələrinin Zaporojye vilayətindəki Novoqrixorovkaya nəzarəti cəbhənin qərbə doğru irəliləməsinə şərait yaradır.

SİA-nın məlumatına görə,bu barədə TASS-a hərbi ekspert Andrey Maroçko bildirib.

...Novoqroxorivka Verbove və Poltavka arasında yerləşir. Onun azad edilməsi onu göstərir ki, qoşunlarımız qərbə doğru irəliləmək üçün təmas xəttini düzəldiblər, - o deyib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqadasının bölmələrinin və Zaporojya vilayətinin Novoqrihorivka, Novomykolaivka və Poltavka kəndləri yaxınlığında ərazi müdafiə briqadasının məğlubiyyəti barədə məlumat vermişdi.

Bundan başqa, Dnepropetrovsk vilayətinin Verbove kəndinin nəzarətə götürüldüyü bildirilir.

Əli Babayev