Ukrayna üçün “Tomaqavk”: Putin və Moskvanı nə gözləyir..?

8 Oktyabr 2025 20:25 (UTC+04:00)

...Ukrayna ABŞ prezidenti Donald Trampdan uzaqmənzilli “Tomaqavk” raketlərinin tədarükü ilə bağlı konkret qərar gözləyir. 2574 kilometr mənzilli raketlər Moskvaya çatmağa və nüvə başlıqları daşımağa qadirdir.

“Tomaqavk”lar Kiyevə daha sonra çatdırılsa və ya heç vaxt buraxılmasa belə, onların mövcudluğu Kreml lideri Vladimir Putinə qarşı təsir vasitəsi kimi istifadə oluna bilər.

“Tomaqavk” raketlərinin Ukraynaya tədarükü aylar çəkə bilər...

SİA-nın məlumatına görə, “The Telegraph” qəzetində dərc olunan xəbərdə deyilir ki, Amerikanın uzaqmənzilli raketlərinin çatdırılması aylar çəkə bilər.

Jurnalistlər ABŞ-ın milli təhlükəsizlik üzrə aparıcı ekspertinin fikrinə istinad edirlər.

Onlar həmçinin xatırladıblar ki, Tramp bu yaxınlarda Ukraynanı “Tomaqavk”larla təchiz etməyə hazır olduğuna işarə edib.

Lakin o, əvvəlcə onların necə istifadə olunacağını bilmək istərdi.

“Tomaqavk”-ın özəlliyi nədir?

Media həmçinin vurğulayır ki, sürətli çatdırılmanın mümkünsüzlüyünə baxmayaraq, Rusiyanın Ukraynanın enerji sektoruna zərbələri qışın yaxınlaşması ilə hərbi yardım üçün danışıqları intensivləşdirir.

“Tomaqavk” 2574 km uçuş məsafəsinə malikdir. Raket nüvə başlıqları daşımağa qadirdir və Moskvaya çata bilir.

“Tomaqavk” Putinə təzyiqi necə artıracaq..?

“The Telegraph” vurğulayır ki, Ağ Ev hələ Trampın bəyanatlarını şərh etmir və əgər raketlər Ukraynaya çatarsa, onların Kiyevdə olması Putinə qarşı onu müharibəni dayandırmaq üçün danışıqlar masası arxasına çəkmək üçün istifadə edilə bilər.

Əli Babayev