...Rusiyanın Kemerovo şəhərindən olan rus əsgəri Semyon Karmanov Ukrayna cəbhəsində öldürülüb.
İddialara görə, o, uşaq ikən əqli geriliyi səbəbindən 3-cü qrup əlilliyə layiq görülübmüş. O, oxumağı və yazmağı belə bilmirmiş.
...Karmanov Rusiya ordusuna oğurluqda ittiham olunaraq həbs olunduğu koloniyadan cəlb olunub.
SİA-nın məlumatına görə, bu barədə Rusiyanın müstəqil “Mediazona” nəşri yazıb.
Karmanovun bacısı Anastasiya nəşrə danışıb ki, qardaşı 3-cü qrup əlil Semyon Karmanov Ukraynadakı müharibədə həlak olub.
Ona uşaqlıqda əqli qüsur diaqnozu qoyulmuşdu.
...Karmanov avqustun 2-də, 27 yaşında vəfat edib. O, qapalı tabutda dəfn olunub. Hərbi Komissarlıq Karmanovun kəllə-beyin travmasından öldüyünü bildirib. Onun ölümünün başqa halları yaxınlarına açıqlanmayıb.
Bunu nəşr yazıb.
Deyilənlərə görə, “Mediazona” Karmanov haqqında hələ 2023-cü ildə yazıb. Nəşrin yazdığına görə, onun doğulmasından dərhal sonra həkimlər onun valideynlərinə oğlunun dölün inkişafı zamanı yaranan fəsadlar səbəbindən ağır əlil olacağı barədə məlumat veriblər.
Karmanov yeriyə bilirdi, danışa bilirdi, lakin akademik göstəriciləri zəif olduğundan birinci sinfi başa vura bilməyib. Sonra ona "xidmət və müalicə tələb edən ciddi davranış pozğunluqları olan əqli gerilik" diaqnozu ilə III qrup daimi əlillik statusu verilib.
Qeyd edildiyi kimi, o, heç vaxt yazıb-oxumağı öyrənməyib, mövsümdən asılı olaraq nevrozlardan əziyyət çəkirdi...
Bunu jurnalistlər bildiriblər.
Karmanovun 18 yaşı tamam olanda bir qrup şəxs tərəfindən oğurluğa cəhd maddəsi ilə cinayət işi açılıb. Onun növbəti məhkumluğu daha az şanslı olub: o, avtomobil oğurluğunda iştirak etdiyinə görə il yarım ümumi rejimli həbsxanada cəza aldı.
Karmanov cəzasını tam çəkib, lakin azadlığa çıxandan bir neçə ay sonra yenidən dəmir barmaqlıqlar arxasına keçib.
O, iki il bir aylıq həbs cəzası alıb.
Karmanovun 2024-cü ilin aprelində azadlığa buraxılması planlaşdırılırmış, lakin Rusiya Müdafiə Nazirliyi vaxtında müdaxilə edib.
…O, azadlığa çıxmasına 6 ay qalmış diaqnozuna baxmayaraq, müqavilə bağlayıb. Həkim komissiyası Karmanova A kateqoriyası (məhdudiyyətsiz xidmətə yararlı) verib.
…O, özü də görmədən, kağızın nə olduğunu bilmədən imzalayıb. O, oxuya bilməyib və həmin həbsxana polisləri bundan istifadə ediblər.
Bunu Karmanovun anası Svetlana Mediazona-ya bildirib.
Nazlı Almuradova