İxrac olunan bitkiçilik məhsullarına nəzarət davam etdirilir - AQTA

8 Oktyabr 2025 16:41 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) payız ixrac mövsümündə bitkiçilik məhsullarına nəzarəti davam etdirir. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, ixrac üçün məhsullara karantin baxışı və etiketlənmə beynəlxalq standartlara uyğun həyata keçirilir. Etiketlər oxunaqlı və dayanıqlı olmalı, daşınmada istifadə olunan taxta altlıqlar isə beynəlxalq standartlara cavab verməlidir.

Bu barədə daha ətraflı linkdə tanış ola bilərsiniz.