Ofis işçisi səhvən maaşının 330 mislini alıb...

8 Oktyabr 2025 22:45 (UTC+04:00)

...Çilidə bir ofis işçisi səhvən birdəfəlik ödəniş aldıqdan sonra 330 aylıq əmək haqqını (27,5 il dəyərində) saxlayıb.

SİA-nın məlumatına görə, Diario AS xəbər verir ki, şirkət ona 500 min Çili pesosu əvəzinə 165 milyon peso köçürüb.

Qeyd edilməlidir ki, hadisə 2022-ci ilin may ayında Çilinin aqro-ərzaq şirkəti Dan Consorcio Industrial de Alimentos de Chile-də baş verib.

Nəhəng ödənişi alan şəxs əvvəlcə kadrlar şöbəsi ilə görüşdükdən sonra pulu qaytarmağa razı olub, amma sonra üç gün yoxa çıxıb və vəkil vasitəsilə işdən çıxmaq barədə ərizə verib.

…Şirkət işçini oğurluqda ittiham edib, lakin bir neçə illik məhkəmə araşdırmalarından sonra məhkəmə onun xeyrinə qərar çıxarıb.

Məqalədə belə deyilir.

Nazlı Almuradova