Stiven Spilberqi niyə kinonun Heminqueyi adlandırırlar?..

8 Oktyabr 2025 23:44 (UTC+04:00)

Ceyson Bourne rolu ilə tanınan Hollivud aktyoru Mett Deymon, "Qud Uill Hunting" filminin ssenarisinə görə “Oskar” mükafatı laureatı, hansı filmləri mükəmməl hesab etdiyini açıqlayıb.

SİA-nın məlumatına görə, bu barədə Far Out Magazine yazır

Deymon Frensis Ford Koppolanın “Xaç atası” II hissəsini sevimli filmlərindən biri adlandırdı.

...Mən həmişə demişəm ki, "Xaç atası” II hissə mükəmmələ yaxın bir filmdir. Rejissor, ssenari, aktyor oyunu, istehsal dizaynı - hər şey qüsursuzdur, - aktyor qeyd edib.

Deymonun sözlərinə görə, rejissor Martin Skorseze bu fikirdədir.

Deymon Stiven Spilberqin “Çənələr” filminə eyni dərəcədə həvəs göstərərək onu “dəhşətli və gözəl” film adlandırırdı.

O, filmin sadəliyini və dahiliyini tamaşaçıların köpək balığını çətinliklə görməsi ilə vurğuladı.

...Bu, Spilberqin inanılmaz bacarığını göstərir. O, hamı kimi eyni alətlərdən istifadə edir, lakin o, sadəcə olaraq, vizual hekayəni necə danışmağı hamıdan yaxşı bilir, - Deymon deyib.

Aktyor rejissoru yazıçı Ernest Heminqueye bənzədib: ...Heminqueyi oxuyanda düşünürsən ki, “mən bütün bu sözləri bilirəm, sadəcə onları bu sıraya salmaq ağlıma gəlməzdi. Spilberqlə də eynidir.

Deymonun fikrincə, Spilberqi əsl kino ustası edən onun emosiyaları çatdırmaq və universal hekayələr yaratmaq bacarığıdır.

Nazlı Almuradova