Nabiullina Rusiyada “bank köləliyi”nin sona çatdığını elan edib...

8 Oktyabr 2025 23:14 (UTC+04:00)

…“Finopolis 2025” forumunda çıxış edən Elvira Nabiullina Rusiyada “bank köləliyi” kimi tanınan fenomenin demək olar ki, yoxa çıxdığını açıqlayıb.

SİA-nın məlumatına görə, Mərkəzi Bankın rəhbəri vurğulayıb ki, texnoloji tərəqqi əhaliyə öz maliyyə institutlarını seçməkdə sərbəstlik verib və işəgötürənlər artıq işçilərinin maaşlarını hansı banklardan alması lazım olduğunu diktə etmirlər.

Nabiullina bildirib ki, bir neçə il əvvəl qızğın şəkildə müzakirə etdiyimiz “bank köləliyi” demək olar ki, keçmişdə qalıb.

Tənzimləyici orqanın rəhbəri qeyd edib ki, vətəndaşlar daha sərfəli təkliflər və ya daha yüksək xidmət səviyyəsi onları cəlb edərlərsə, bankları sərbəst dəyişmək imkanları artıb.

O, bu dəyişiklikləri maliyyə bazarında artan rəqabətlə əlaqələndirib.

Banklar indi müştərilərin loyallığına yüksək rüsumlar tətbiq etməklə deyil, xidmətlərin keyfiyyətini artırmaqla çalışırlar. Əli Babayev