Oktyabrın 9-dan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə işə qəbul müsahibəsinə başlanılır. Təhsil İdarəsindən SİA-ya bildirilib ki, müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.