Moskvada təhlükəli xəstəlikləri olan 4500 miqrant müəyyən edilib..?

8 Oktyabr 2025 21:34 (UTC+04:00)

...Moskvada doqquz ay ərzində təhlükəli yoluxucu xəstəliklərin olması səbəbindən əhalinin sağlamlığı üçün təhlükə yaradan təxminən 4500 xarici vətəndaş müəyyən edilib.

SİA-nın məlumatına görə, rus saytları yazır ki, bunu Moskvada bu sahəyə səlahiyyətli olan İqor Dudnik bildirib.

Deməli, mətbuat konfransında danışan Dudnik 4500 əcnəbi vətəndaşın Rusiyada icazə almağa cəhd etdiyini, lakin qeydiyyat zamanı onlara başqaları üçün təhlükə yaradan infeksiyaların aşkar edildiyini açıqlayıb.

Onların hamısı Rusiya Federasiyasından deportasiya edilib. Dudnik onu da bildirib ki, eyni müddət ərzində 1600-dən çox əcnəbi vətəndaşın narkomaniya əlamətləri aşkarlanıb.

Bu şəxslər də deportasiyaya məruz qalıblar.

Bundan əlavə, 150-dən çox xarici vətəndaş şəxsi məlumatlarında dəyişikliklərə görə Rusiyanı tərk edib.

Polis axtarışda olan təxminən 240 miqrantı tapıb.

...Nə bilmək olar, necə deyərlər, qələm düşmən əlindədir..?

Əli Babayev