Rus Pravoslav Kilsəsi rusların cinayət törətməsinin səbəblərini müzakirə edib.
Protokoşist Mixail Şvalagin rus kişilərinin guya daha çox qadınlara görə cinayət törətdiyini bildirib.
SİA-nın məlumatına görə, keşişin xütbəsi videoya çəkilib və jurnalist Kseniya Sobçak bunu Telegram-da yerləşdirib.
Kadrlarda keşiş qadınları şər mənbəyi adlandırıb.
Onun fikrincə, kişilərin buraxdığı bütün səhvlərin günahkarı onlardır.
Şvalagin öz xütbəsində qeyd edib ki, bir çox ruslar arvadlarının maddi istəklərini təmin etmək üçün yarımştat iş tapmağa məcbur olurlar.
...O, kraliça kimi yaşamaq istəyir və ərini artıq işlərə göndərir. Mən sadəcə görürəm və bununla bağlı nə qədər müxtəlif hekayələr var. Qadınlar kişiləri o hala salırlar ki, bu kişi dağılır və artıq o kişi olmur..?
Bunu Rus Pravoslav Kilsəsinin nümayəndəsi bildirir.
...Bundan əvvəl Rus Pravoslav Kilsəsinin yepiskopu Pitirim “Matuşka Rusiyada” ən geniş yayılmış günahı müəyyən etmişdi. Onun fikrincə, bu günah hamiləliyin süni şəkildə kəsilməsidir.
Budur, ruslar da təsdiqləyir: arvad böyük qüvvədir..?
Əli Babayev