Azərbaycanın bədii gimnastları III MDB Oyunlarında növbəti medalları qazanıblar

8 Oktyabr 2025 14:04 (UTC+04:00)

Azərbaycanın bədii gimnastları III MDB Oyunlarında növbəti medalları qazanıblar. SİA xəbər verir ki, fərdi yarışlarda Azadə Atakişiyeva toplarla hərəkətlərin icrasında gümüş, Nur Sadıqova isə halqalarda bürünc mükafata sahib çıxıb.

Qrup hərəkətləri komandası isə 5 halqada bürünc medala yiyələnib.

Ötən gün A. Atakişiyeva çoxnövçülükdə ikinci olub.

Qeyd edək ki, sentyabrın 26-da start götürən Oyunlara bu gün yekun vurulacaq.