Şərur rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq

8 Oktyabr 2025 13:03 (UTC+04:00)

35/10 kilovoltluq "Xanlıqlar" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Tənənəm" hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq. “Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, bu səbəbdən oktyabrın 9-da saat 10:30-dan 12:30-dək Aşağı Daşarx ,Xətai,Oğuz, Yeni Havuş, kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.