Cüdo üzrə Azərbaycan millisinin Qran-Pri turniri üçün heyəti açıqlanıb

8 Oktyabr 2025 12:13 (UTC+04:00)

Cüdo üzrə Azərbaycan milli komandasının oktyabrın 11-13-də Perunun paytaxtı Lima şəhərində keçiriləcək Qran-Pri turniri üçün heyəti açıqlanıb. Azərbaycan Cüdo Federasiyasından SİA-ya verilən məlumata görə, yarışda ölkəmizi 9 çəki dərəcəsində 17 cüdoçu (14 kişi, 3 qadın) təmsil edəcək.

Kişilərin mübarizəsində Turan Bayramov, Əhməd Yusifov (hər ikisi 60 kiloqram), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kiloqram), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kiloqram), Vüsal Qələndərzadə, Ömər Rəcəbli (hər ikisi 81 kiloqram), Vüqar Talıbov, Murad Fətiyev (hər ikisi 90 kiloqram), Zelim Kotsoyev, Əjdər Bağırov (hər ikisi 100 kiloqram), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kiloqram) qüvvəsini sınayacaq.

Qadınların yarışında isə Könül Əliyeva (48 kiloqram), Xədicə Qədəşova və Aydan Vəliyeva (hər ikisi 52 kiloqram) tatamiyə çıxacaq.

Qeyd edək ki, 3 gün davam edəcək turnirdə 49 ölkədən 293 idmançı (172 kişi, 121 qadın) iştirak edəcək.