Mehman Kərimov vəfat etdi

8 Oktyabr 2025 11:12 (UTC+04:00)

Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar Departamentinin rəhbəri Mehman Kərimov vəfat edib. SİA-nın verdiyi məlumata görə, o, bu gün səhər saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Mehman Kərimov 2022-ci ildən bu vəzifədə çalışırdı.

MOK-da marketinq direktoru kimi fəaliyyətinə isə 2010-cu ilin aprelində başlamışdı.