Salyan rayonunda avtomobilin idarəetmədən çıxaraq obyektə çırpılması və yanması nəticəsində sürücü ölüb. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında Salyan rayonunun Yolüstü kəndi ərazisində qeydə alınıb. Emil Əzizovun idarə etdiyi “Mercedes” markalı avtomobil yol kənarındakı avtoyuma məntəqəsinə çırpılıb və avtomobildə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanğın nəticəsində avtomobilin yanar hissələri, ümumi sahəsi 120 kvadratmetr olan avtoyuma məntəqəsinin dam örtüyünün taxta atmaları 3 kvadratmetr sahədə və xarici divarından keçən elektrik kabeli yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı sürücünün yanmış meyiti aşkar edilərək, aidiyyəti üzrə təhvil verilib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.