Tərbiyəçi vəzifəsi üzrə müsahibəyə başlanılıb

8 Oktyabr 2025 10:39 (UTC+04:00)

Oktyabrın 8-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən internat tipli ümumi təhsil müəssisələrinə tərbiyəçi vəzifəsinə işə qəbul müsahibəsinə başlanılıb. Təhsil İdarəsindən SİA-ya bildirilib ki, müsahibənin keçirildiyi məkan və vaxt barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.