Ağdamda 1 həftə əvvəl yanğında xəsarət alan şəxs ölüb

8 Oktyabr 2025 10:08 (UTC+04:00)

Ağdamda 1 həftə əvvəl yaşayış evində baş vermiş yanğın hadisəsi zamanı nəvəsi ilə birgə yanıq xəsarəti almış qadın ölüb. SİA xəbər verir ki, 1965-ci il təvəllüdlü Zibeydə İsmayılova müalicə olunduğu xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə oktyabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində qeydə alınıb. Hadisə nəticəsində nənə və nəvəsi yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.