İnternat tipli ümumi təhsil müəssisələrinə tərbiyəçi vəzifəsinə işə qəbul müsahibəsinə start verilib

8 Oktyabr 2025 09:58 (UTC+04:00)

Oktyabrın 8-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən internat tipli ümumi təhsil müəssisələrinə tərbiyəçi vəzifəsinə işə qəbul müsahibəsinə start verilib. Bu barədə SİA-ya BŞTİ-dən məlumat verilib.

Müsahibənin keçirildiyi məkan və vaxt barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.