Hande Erçeldən sonra bu aktrisaya aşiq oldu - FOTOLAR

8 Oktyabr 2025 02:19 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Hande Erçeldən iş adamı sevgilisi Hakan Sabancıdan ayrılıb. SİA Türkiyə mətbuatına istinadla xəbər verir ki, o sosial şəbəkədə özünü ələ verib.

Paris Moda həftəsinə qatılan aktrisa Tuba Büyüküstün maraqlı geyim tərzi ilə paylaşım edib. Sözügedən fotoya Hakan Sabancı ürək işarəsi qoyub. Qısa müddətdə həmin bəyənmə sosial mediada yayılıb. Bundan təsirlənən Sabancı bəyənməsini geri götürüb. İzləyicilər onun bu addımına belə reaksiya veriblər: "Fərq edilincə tələsik sildi", "Yeni bir münasibətmi başlayır?"