Tramp: Putin məni məyus etdi

7 Oktyabr 2025 21:31 (UTC+04:00)

Rusiya ilə bağlı da bəzi məsələlər baş verir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni ilə görüş zamanı jurnalistlərə deyib. O, Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı anlaşdığını deyib.

“O, məni çox məyus etdi, çünki düşünürdüm ki, bu məsələnin həlli asan olacaq. Ancaq bunun Yaxın Şərqdən daha çətin olduğu ortaya çıxdı”,- deyə Tramp əlavə edib.