Azərbaycanın daha bir yunan-Roma güləşçisi qızıl medal qazanıb

7 Oktyabr 2025 18:30 (UTC+04:00)

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.

SİA xəbər verir ki, Gəncə İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Əli Nəzərov (51 kiloqram) finalda rusiyalı İvan Kozlov ilə qarşılaşıb.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız qızıl medal əldə edib.

Daha əvvəl Elşad Abbasov (51 kiloqram) qızıl, Yusif Mirzəyev (48 kiloqram) gümüş, Hikmət Haqverdiyev isə (55 kiloqram) bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.