Estoniya Ukraynaya 150-dən çox döyüş robotu bağışlayacaq...

7 Oktyabr 2025 18:25 (UTC+04:00)

Estoniyanın Milrem Robotics şirkəti Ukraynaya 150-dən çox THeMIS döyüş platforması bağışlayacaq.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Milrem Robotics-in mətbuat xidməti məlumat yayıb.

Estoniya şirkəti Hollandiya tərəfindən maliyyələşdirilən və koordinasiya edilən yardımın bir hissəsi olaraq Ukraynaya 150-dən çox THeMIS pilotsuz yerüstü nəqliyyat vasitəsi tədarük edəcək.

Bu avtomobillərin əhəmiyyətli bir hissəsi Hollandiyanın VDL Defentec şirkəti ilə əməkdaşlıq çərçivəsində yığılaraq təhvil veriləcək.

Mirrem Robotics, VDL Defentec ilə sıx əməkdaşlıq edərək, miqyaslı istehsal üçün nəzərdə tutulmuş yeni istehsal xəttində nəqliyyat vasitələrinin yığılmasını təşkil edəcək.

Şirkət həmçinin ukraynalı operatorlara və şəxsi heyətə robotlardan döyüş şəraitində səmərəli istifadə etmək üçün təlim keçəcək.

Yeni bölmələr Ukraynada artıq xidmətdə olan və 2022-ci ildən döyüş meydanında effektivliyini sübut edən 15 THeMIS avtomobilini tamamlayacaq.

Şirkət izah etdi ki, THeMIS piyada qüvvələri, logistika, kəşfiyyat və döyüş missiyalarını dəstəkləmək üçün nəzərdə tutulmuş sübut edilmiş və yüksək uyğunlaşma qabiliyyətinə malik pilotsuz avtomobil platformasıdır.

Hal-hazırda robototexnika proqramlarının bir hissəsidir və 19 ölkədə istifadə olunur.

Əli Babayev