Amerikalı aktrisa qəhrəmanlarının adını çəkib...

7 Oktyabr 2025 21:45 (UTC+04:00)

...“Çərşənbə” serialındakı rolu ilə tanınan amerikalı aktrisa Cenna Orteqa Fələstin xalqına heyran olduğunu açıq şəkildə ifadə edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Sabah” yazır.

Deməli, Fransanın “Qala” jurnalına müsahibəsi zamanı ona “Qəhrəmanınız kimdir?” sualı verilib.

Aktrisa əvvəlcə anasının adını çəkib, daha sonra fələstinlilərə, onların sarsılmaz cəsarətinə və iradəsinə heyran olduğunu bildirib.

...Mən Fələstin xalqına, onların çıxış tərzinə, dünyanın qalan hissəsi onlara məhəl qoymadığı halda ədalətsizliyə qarşı çıxışlarını davam etdirmələrinə böyük hörmət edirəm. Bu, mühüm və çox təqdirəlayiqdir. Mən də onlara dəstək olmaq istərdim.

Bunu amerikalı aktrisa deyib.

Orteqa ABŞ-da Fələstini dəstəkləyən sənətçilərin üzləşdiyi təzyiqlər fonunda açıqlama verib.

2023-cü ildə meksikalı aktrisa Melissa Berrera Fələstini dəstəklədiyini açıq şəkildə ifadə etdikdən sonra aktyor heyətindən uzaqlaşdırıldı.

“Çərşənbə” gününün ikinci mövsümünün çəkilişini rədd etməsinin səbəbi kimi, mediada aktrisanın siyasi mövqeyinə görə Barreranın uzaqlaşdırılmasına etiraz etdiyi ehtimal edilir.

Nazlı Almuradova