DSMF növbəti dəfə BSTA-nın sertifikatlarına layiq görülüb

7 Oktyabr 2025 16:14 (UTC+04:00)

Ölkəmizdə sosial təminat sahəsində son illər aparılan islahatlar Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən yüksək qiymətləndirilir. Bunun növbəti təzahürü olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) BSTA-nın həyata keçirdiyi Qiymətləndirmə (Tanıtım) Proqramının “MDSS haqlarının toplanması və uyğunluq” meyarı üzrə Mükəmməllik Sertifikatı ilə təltif edilib. Fondun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, DSMF-nin 2022-ci ildə təltif olunduğu “Yaxşı idarəçilik” və “Xidmət keyfiyyəti” meyarları üzrə Mükəmməllik Sertifikatları (2023–2025) üzrə işlər müfəssəl təhlil edildikdən sonra növbəti üç il (2026–2028) müddətinə qüvvədə olan iki Mükəmməllik Sertifikatına da layiq görülüb.

Qeyd edək ki, BSTA-nın 40-cı Şura iclasında iştirakçıların yekdil səsverməsi nəticəsində DSMF-nin İdarə Heyətinin sədri növbəti dəfə BSTA-nın ali orqanı olan Büronun üzvü seçilib. O, eyni zamanda, BSTA-nın 35-ci Baş Assambleyasında Avropa Şəbəkəsi İdarəetmə Komitəsinin üzvü seçilib.