“Ahıllar və uşaqların sosial yaradıcılığı önəmlidir” - Faiq Ağayev

7 Oktyabr 2025 15:16 (UTC+04:00)

“Bu gün ahıllar və uşaq evi sakinlərinin iştirakı ilə hazırlanmış “Arşın mal alan” tamaşasının nümayişinin əhəmiyyətini vurğulamaq istərdim. SİA xəbər verir ki, bu fikirləri Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev səsləndirib.

O qeyd edib ki, bu tamaşa həm Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunub, həm də ahıllar və uşaqlar arasında sosial inteqrasiyanı, həmçinin onların yaradıcılıq qabiliyyətlərinin inkişafını dəstəkləyir: “Ahıllar və uşaq evi sakinlərinin birgə fəaliyyəti cəmiyyətlə inteqrasiyanın güclənməsinə, sosial yaradıcılıq bacarıqlarının nümayişinə imkan yaradır. Dövlət və cəmiyyət olaraq bu cür layihələri dəstəkləməli və onların davamlı olmasını təmin etməliyik”.

Faiq Ağayev həmçinin vurğulayıb ki, tədbirin təşkilində Sosial Xidmətlər Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və digər tərəfdaşların rolu böyük olub və tamaşa iştirakçılar üçün həm əyləncəli, həm də mənəvi dəyərli olub.