Azərbaycan qılıncoynadanları finala yüksəliblər

7 Oktyabr 2025 15:15 (UTC+04:00)

III MDB Oyunları çərçivəsində keçirilən qılıncoynatma üzrə yarışlar davam edir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə İdman Sarayında reallaşan yarışlarda Azərbaycanın qılıncoynatmanın şpaqa növü üzrə oğlanlardan ibarət millisi Özbəkistanı 42:37 hesabı ilə üstələyərək finala vəsiqə qazanıb. Komandamız finalda Rusiya ilə qarşılaşacaq.