“Arşın mal alan” tamaşası nümayiş olunur – YENİLƏNİR/FOTOLAR

7 Oktyabr 2025 15:00 (UTC+04:00)

Sosial Xidmətlər Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Arşın mal alan” tamaşası nümayiş olunur. SİA xəbər verir ki, tamaşa ahıllar və uşaq evi sakinlərinin iştirakı ilə hazırlanıb.

Tədbirin məqsədi dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığını təbliğ etmək, ahıllara və uşaqlara sosial-psixoloji dəstək vermək, onların cəmiyyətə inteqrasiyasını təmin etmək və sosial reabilitasiyasına şərait yaratmaqdır.