COP29 Sədrliyi bu gün Londonda dəniz səviyyəsində dəyişikliklərin təsirləri barədə tədbir keçirəcək

7 Oktyabr 2025 12:57 (UTC+04:00)

COP29-un Sədrliyi dəniz səviyyəsinin dəyişməsi və qeyri-bərabər nəticələr mövzusunda Londonda Britaniya Millətlər Birliyi Katibliyi ilə birlikdə tədbir keçirəcək. SİA xəbər verir ki, tədbirdə dəniz səviyyəsindəki dəyişikliklərin yaratdığı ekoloji, iqtisadi və humanitar çağırışlar diqqət mərkəzində olacaq. Bu, Azərbaycan Respublikasının Birlik Katibliyi ilə tərəfdaşlığında mühüm bir mərhələdir.