21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb. SİA AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Yovan Kaçevskiyə laysmanlar Daniel Vasilevski və Aleksandar Gyorgyeski kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Krumislav Gyorgiyev yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 10-da Karvina şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.