QDİƏT PA-nın 65-ci iclasında tövsiyə qərarı qəbul olunub - YENİLƏNİB - FOTOLAR

7 Oktyabr 2025 12:33 (UTC+04:00)

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında tövsiyə qərar layihəsi müzakirə olunub. SİA xəbər verir ki, qərar layihəsini QDİƏT PA-nın Sosial və Humanitar siyasət komitəsinin sədri, Milli Məclisin deputatı Musa Quliyev təqdim edib.

Müzakirələrdən sonra tövsiyə qərarı qəbul olunub.

Sonra Qara dəniz ölkələrinin qurumdakı fəaliyyəti haqqında məlumatlar verilib.