Bu ilin doqquz ayında proaktiv qaydada müavinət və təqaüd təyin olunanların sayı açıqlanıb

7 Oktyabr 2025 12:08 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində 118 min 600 nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bunun 51,68 faizini kişilər, 48,32 faizini isə qadınlar təşkil edib.