"Survivor 2026"nın ilk iştirakçısı bəlli oldu

7 Oktyabr 2025 11:33 (UTC+04:00)

Səbirsizliklə gözlənilən "Survivor 2026" üçün geri sayım başlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məşhurlar - All Star konsepti ilə yayımlanacaq "Survivor"un ilk iştirakçısı məlum olub.

Hər il olduğu kimi yeni mövsümdə də gərgin rəqabətin olacağı gözlənilir. Survivor All-Star formatı ötən mövsümlərdə diqqətəlayiq və unudulmaz çıxışlar etmiş iştirakçıları bir araya gətirir. Bu il elan edilən ilk ad musiqi dünyasından gəlir. Bu il Celebrity-All-Star konsepti ilə yayımlanacaq Survivor ilə bağlı xəbəri ilk açıqlayan Acun Ilıcalı olub.

Acun Ilıcalı müğənni Bayhanın "Survivor"da yarışacağını açıqlayaraq "Bayhana ürəkdən uğurlar arzulayıram" deyib. Onun xasiyyəti, sakit davranışı, özünəməxsus musiqi üslubu böyük təəssürat yaratmışdır. Onun Survivor-da iştirakı sosial mediada da böyük səs-küyə səbəb olub.